l Divizion

Birinci divizion: I turun oyunları eyni saatda

Futbol üzrə Azərbaycan birinci divizionunun 2015/2016-cı illər mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib. 

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iki gün ərzində keçiriləcək turun görüşləri eyni saatda – 17:00-da başlayacaq.


10 sentyabr

“Mil-Muğan” – “Qaradağ Lökbatan”
Heydər Əliyev adına İmişli şəhər stadionu

“Bakı” – “Şərurspor”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Göyəzən” – “Bakılı”
Qazax şəhər stadionu


11 sentyabr

“Şəmkir” – “Turan Tovuz”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

“Şahdağ” – MOİK
Şövkət Orduxanov adına Qusar şəhər stadionu

“Energetik” – “Neftçala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

Qeyd edək ki, turun bütün oyunları saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43