l Divizion

Birinci divizion: qonaqların qələbəyə həsrət qaldığı tur

Futbol üzrə Azərbaycan I Divizionunda 1-ci turun daha 4 oyunu keçirilib.

İdmanxeber.com-un məlumatına görə, “Kəpəz” – “Şahdağ” və “Lokomotiv” – “Şuşa” matçlarında qalib müəyyən olunmayıb. Hər iki görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Digər oyunlarda isə “Qaradağ Lökbatan” “Energetik”i, “Mil-Muğan” isə “Göyəzən”i məğlub edib.

Qeyd edək ki, tura bazar günü keçiriləcək “Zirə” – MOİK və “Ağsu” – “Neftçala” qarşılaşmaları ilə yekun vurulacaq.

6 sentyabr

Birinci divizion, birinci tur

“Kəpəz” – “Şahdağ” – 0:0

“Lokomotiv” – “Şuşa” – 0:0

“Qaradağ Lökbatan” – “Energetik” – 2:0

Qollar: İlham Allahverdiyev, 45 (1:0), Mehdi Mehdiyev, 81 (2:0)

“Mil-Muğan” – “Göyəzən” – 6:1

Qollar: Elxan Məmmədov, 33 (1:0),  Rəmzi Məmmədov, 55 (2:0), Fərhad Həsənov, 68 (2:1), Rəmzi Məmmədov, 70 (3:1), Elxan Məmmədov, 72 (4:1), 90 (5:1), Bayram Əliyev, 90+3 (6:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43