l Divizion

Birinci divizionda 18-ci tura start verildi

Futbol üzrə Azərbaycan I Divizionunda 18-ci tura start verilib.

PFL-in rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Mingeçevirdə yerli “Energetik”in qonağı olan “Göyəzən” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Bu, Qazax təmsilçisinin mövsümdə ikinci qələbəsi olub.

21 fevral

“Energetik” – “Göyəzən” – 1:2

Qollar: Elman Xasayev, 70 // Orxan Əsgərov, 53; Fərid Alıyev, 85


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43