l Divizion

Birinci divizionda yeni mövsümə start verildi: “Şəmkir” Tovuz təmsilçisini yendi

Futbol üzrə Azərbaycan I Divizionunda yeni mövsümə start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk turun açılış oyununda “Şəmkir” doğma meydanda “Turan-T” ilə qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Şəmkir” mövsümə qələbə ilə başlayıb.

Birinci divizion, 1-ci tur

“Şəmkir” – “Turan-T” – 3:1

Qollar: Emin Pənahov, 68 (1:0), Ravil Müslümov, 80 (2:0),  Eltay Tağıyev, 83 (2:1), Qeyrət Qənbərov, 90+3 (3:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43