l Divizion

Birinci divizionun 5 ən yaxşı qolu – VİDEO

Peşəkar Futbol Liqası I divizionda fevral ayının 5 ən yaxşı qolunu müəyyənləşdirib.

İdmanxeber.com-un məlumatına görə, divizionda vurulan ən yaxşı qolu azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək. Azarkeşlər PFL-in saytına daxil olub, ən yaxşı qola səs verə bikəcəklər.

Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərəfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43