Kateqoriyasız

Birinci divizionun komanda sayı və başlanma tarixi açıqlandı

Azərbaycan birinci divizionunda 2020/2021 mövsümünün start tarixi müəyyənləşib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, yarış 1 oktyabrda başlayacaq. Turnirdə 10 komanda iştirak edəcək. Komandalar aşağıdakılardır:

“Turan Tovuz”

“Zaqatala”

“Sabah-2”

“Neftçi-2”

“Kəpəz”

“Keşlə-2”

“Sumqayıt-2”

“Qarabağ-2”

MOİK

“Qaradağ Lökbatan”

Yarışın püşkatma mərasimi 24 oktyabr saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43