Ölkə futbolu

Birinci Liqa klubu gənc məşqçi ilə anlaşdı

Birinci Liqada iddialılardan olan “İmişli” yeni baş məşqçisini açıqlayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi postu Fərid Namazova həvalə edilib.

Karyerası ərzində “Səbail”, “Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarında çalışmış gənc mütəxəssis Azərbaycan U-19 yığmasında da məşqçi kimi fəaliyyət göstərirdi.

O, eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43