Ölkə futbolu

Birinci Qurbanov, sonra Sabliç

Mətbuat konfransının vaxtı açıqlandı

İdmanxeber.az-ın məluçatına görə, Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq “Qarabağ” -”Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

Baş məşqçimiz Qurban Qurbanov avqustun 29-u  “Azərsun Arena”nın mətbuat zalında saat 18:10-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Rəqib komandanın baş məşqçisi  saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. “Şerif”in oyunöncəsi son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43