13 Noyabr 2019
Kateqoriyasız

“Qarabağ”ın APOEL-ə verdiyi söz

“Qarabağ”la oyuna Kiprdən Bakıya yollanmaq üçün böyük maraq yoxdur. Bizimlə çox azarkeş olmayacaq. Hər şey tənzimlənib. Əlavə təhlükəsizlik olacaq. Buna görə də hər şeyin yaxşı keçəcəyini düşünürük”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Kiprin APOEL klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”la qarşılaşacaqları oyundan öncə deyib.

Klub rəsmisi kiprli azarkeşlərin Bakıya yollanmaqda maraqlı olmadıqlarını deyib. Nikosiya klubunun rəsmisi daha sonra sözlərinə belə davam edib:

“Qarabağ” üçün bu oyun çoxşaxəli xarakter daşıyır. Bunun siyasi ölçüsü var. Bu cür hallarda iştirak etmək istəmirik. “Qarabağ” rəhbərliyi ilə çox yaxşı münasibətlərimiz var. Ora işimizə görə gedirik və əlimizdən gələni edəcəyik. Stadionda təhlükəsizlik əməkdaşları olacaq. Bizə azarkeşlərimizlə bağlı heç bir problemin olmayacağını bildiriblər”

“Qarabağ” – APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cütün cavab görüşü noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.

Oxşar xəbərlər

Nazarov Almaniya klubunun tarixinə düşdü

admin

“Nə oldu, Qurban Qurbanova 6 ay səbr edə bilmədilər”

admin

“Qarabağ”dan növbəti qələbə, “Sabah” uduzdu

admin