Kateqoriyasız

“Bizə qələbələr gətirəcəyinə ümid edirik” – Kamran Quliyev yeni baş məşqçi haqda

“Neftçi”nin prezidenti Kamran Quliyev yeni baş məşqçi Laurentsiu Regekampfın təyinatı ilə bağlı fikirlərini bildirdi.

İdmanxeber.az xəbər verir ki, klub rəsmisi çalışdırıcı ilə bağlı “Bakcell Arena”da təşkil olunmuş mətbuat konfransında bunları söylədi:

“Baş məşqçimizə “xoş gəldin” deyirəm. Bizə qələbələr gətirəcəyinə ümid edirik. Dünən Müşahidə Şurasının onlayn toplantısından sonra qərar elan olundu. Regekampfla 2 illik müqavilə imzaladıq. Onu tanıtmaq üçün müəyyən hazırlıq işlər görmüşük. Təkrarlamağa ehtiyac yoxdur. İşlədiyi klublarda uğur qazanıb, avropa klub yarışlarında qrup mərhələsindən də irəli getməyi bacarıb, böyük komandalara qarşı yaxçı mübarizə aparıb. Onunla uzunmüddətli danışıqlarımız olub. Uğur qazanmaq üçün çox istəklidir”.

Quliyev rumıniyalı mütəxəssisin seçimi ilə bağlı da bunları əlavə etdi:

“Neftçi” böyük klubdur. Biz seçimimizdə yayınmamalı, ambisiyalarımıza uyğun etməliyik. Bir neçə namizədlə danışıqlar olub. Sonda bütün komponentlərə uyğun olaraq qərar verildi. Bəzi anlarda bizi razı salmayan məqamlar ortaya çıxıb – texniki və maliyyə baxımından. Məncə, biz istədiyimizə nail olduq. İnanmaq istəyirik ki, ən doğru seçimdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”ın sabiq üzvü Danimarka klubunda

admin

“Səbail” daha bir legioner futbolçu transfer etdi

admin

Millimiz üçün yaxşı xəbər: 4 müəyyən, 3-ü qeyri-müəyyən

admin