Kateqoriyasız

“Biz buna dözməliyik” – Qurban Qurbanov

Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Aberdin” matçından öncə təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalitlərin suallarını cavablandırıb.

O, əvvəlcə sabahkı oyun barədə fikirlərini bildirib:

– Çox vacib oyuna çıxırıq. Rəqibin açıqlamalarından görünür ki, qalib gələməyə ümid edirlər. Bu, onların özlərinə inanmasından irəli gəlir. Biz də çox istəkliyik. Hər çey cavab oyununda bilinəcək. Rəqibə düşündüklərini meydanda etməyə imkan vermək olmaz. Futbolçular rəqibi yaxından tanıyırlar. Son vaxtlar futbolçularım çox istəklidilər. Sabah meydanda baxımlı oyundan çox, mübarizə izləyə bilərik. Səbrli olmalıyıq ki, rəqib boşluqlar verəndə ondan istifadə edək.

– Rəqibin ən təhlükəli silahı nədi?
– Fiziki olaraq çox güclüdülər, standart vəziyyətlərdə də təhlükəlidilər. Çox rahat qol vura bilirlər. Hər epizoddan maksimum istifadə etməyi bacarırlar. Bütün komponentlərdə diqqətli olmalıyıq.

– Hazırda stadionun ot örtüyü hansı vəziyyətdədi?
– AEL-lə oyundakından yaxşı olmayacaq. Cəmi bir həftə vaxt keçib. Topla davranmaqda çətinlik çəkəcəyik. Bu, rəqib üçün də eynidi. Amma rəqibin üstünlükləri var. Uzun toplarla, hava ötürmələri ilə oynayırlar.

– “Aberdin”in baş məşqçisi Amerikadan gəlib. Avropa futbolunu yaxından tanımır. Bu, sizə üstünlük qazandırır?
– İnanmıram. Dünya futbolu inkişafdadı. Onlar Avropa futbolunun içində böyüyüblər. Amerika futboluna baxsaq, Avropadan tanınmış, işsiz qalan oyunçular gedir. Amma hər bir halda, gənc, istəkli məşqçidi. Hər rəqibə qarşı fərqli sistemlə çıxırlar.

– Sizcə, sabah “Aberdin” hansı sistemlə oynayacaq?
– Bunu deyə bilmərəm. Hansı sistemdə oynasalar da, meydanda hər iki komanda 11 nəfər olacaq. Biz daha çox hücum edən tərəf olmağa çalışacağıq. Ona görə də sistemin o qədər də önəmi yoxdu.

– “Aşdod”, AEL və “Aberdin”. Hansı daha maraqlı və güclü rəqibdi?
– Hər komandaya qarşı çətinliklərimiz oldu. Müqayisə etmək çətin olar. Hərəsinin öz fəlsəfəsi var. “Aberdin” bəlkə daha üstündü. Amma digərlərini də zəif saymıram. Sabah meydanda canlı görəndən sonra dahad dəqiq fikir bildirmək olar.

– Komandanız bu mövsüm oyunlarda birdən çox qol vurmayıb. Bu, sizi narahat etmir?
– Əlbəttə istəyirik ki, çox qol vuraq. Amma qarşımızda olan rəqiblər boş dayanmır ki, biz çox qol vuraq. Son zamanlar bütün rəqibər bizə ciddi yanaşır. Bu həm bizi sevindirir, həm də işimizi çətinləşdirir. Biz buna dözməliyik, səbrlə yanaşmalıyıq. Amma çox qol vurmağı mən də xoşlayıram. Narahat deyiləm. İstəyirəm ki, futbolçularım daha yaxşı performans göstərsin. Mənim üçün belə oyunlarda qol buraxmamaq daha vacibdi.

– Sabahkı oyunda qələbəyə söz vermək mümkündü?
– Heç vaxt qələbəyə söz verməmişəm. Komanda yaxşı hazırlaşıb, futbolçular çox istəklidilər. Qalib gəlmək üçün meydanda ən yaxşısını etməyə çalışacağıq. Azarkeşlər sabah komandanın oyunundan razı qalacaq.

– Kadi Borgeslə Riçard Ameydanı əsas heytdə görə bilərik?
– Dediyiniz oyunçuların meydana çıxmaq ehtimalı var. Daha yaxşı səviyyəyə çatıblar. Oyundan-oyuna daha yaxşı formaya düşürlər.

– Hücumçu axtarışları hansı mərhələdədi?
– Danışıqlar gedir. Konkret olaraq, cavab gözlədiyimiz oyunçular var. Tək hücumçu yox, digər mövqelər üzrə də həmçinin.

– Necə olur ki, “Şerif”ə səviyyəli legionerlər gəlir, bizim klublar isə güclü oyunçular gətirməkdə çətinlik çəkir?
– Bu sala cavab vermək mənim üçün çətindi. Onlarda hər il 15-20 legioner olur. Bizim özümüzdə də bacarıqlı legionerlər var. Yəqin dünənki nəticəyə görə deyirsiz. Neçə ildir pley-off-a çıxa bilmirdilər. Bu il bunu bacardılar.

– Aylton Silvanın “Qarabağ”a qayıtmaq ehtimalı var?
– Xeyr, belə danışıq olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43