Kateqoriyasız

“Biz heç kimdən qorxmuruq, çəkinmirik” – Qurban Qurbanov

“Biz heç kimdən qorxmuruq, çəkinmirik. İstəməzdik oyunun sonunda belə hadisələr olsun”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AEL-lə oyundan sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Bizə qarşı dəfələrlə belə təxribatlar olub. Biz Azərbaycanı təmsil edirik. Çalışırıq ki, təmkinli olaq. Heç kimdən qorxmuruq, çəkinmirik. İdman prinsiplərinə riayət etməyə çalışırıq. Sonda UEFA nümayəndəsi bizə təşəkkür etdi. Ki, biz təmkinli davrandıq. Futbolçularımıza yad əşyalar atırdılar. Onları sakitləşdirməyə çalışırdım. Düzdü, sonda mən də özümü biraz aqressiv apardım.

Bakıda biz idman prinsiplərini qorumağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43