Kateqoriyasız

“Biz necə komanda olduğumuzu bilirik” – “Dundalk”ın qapıçısı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq İrlandiyanın “Dandolk” klubunun qapıçısı Qari Rodjers ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubu haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, bu sözləri deyib:

“Çempionlar Liqasında növbəti mərhələsində olmaq çox yaxşıdır. Çünki bu, İrlandiya Liqasının oyunçusu üçün yüksək pillədir. “Qarabağ”ın həqiqətən də yaxşı komandadır. Amma biz də necə komanda olduğumuzu bilirik və bunu əvvəllər də göstərmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43