Kateqoriyasız

“Biz “Olimpiyakos”la hücumda? Qəti imkan verməyəcəklər” – Samir Abasov

“Neftçi” ÇL-in 1-ci təsnifat mərhələsində “Dinamo”nu (Tbilisi) hər iki oyunda eyni hesabla məğlub edərək (2:1) keçdi. Cavab matçından sonra Abasovun mətbuat konfransında dedikləri:

“Darıxmışdıq azarkeşlərimiz üçün. Sağolsunlar, dəstək verdilər. Möhtəşəm idi. Oyunçularıma ayrı-ayrılıqda təşəkkür bildirirəm. Pauzadan sonra ağır oyunlara çıxmaq gərginlikdi. Bunun öhdəsidən gədilər. Bəzi epizodlarda yaxşı oynadılar, bəzi epizodlada ürəkaçan olmadı. Yüz faiz əminəm ki, oyundan-oyuna düzələcək. Komanda gücləndikcə də daha yaxşı olacaq. Hər iki oyun bizimçün tam ürəkaçan deyildi. Amma pauzadan sonra 3 yoxlama görüşü keçirdik. Ardına bu cür oyunlarda həyəcanın altından çıxmaq lazımdı. Komandamız bunu  bacardı.

– “Neftçi” qol buraxmalıydı ki, “ayılsın”?
– Birinci oyunda əldə etdiyimiz hesab bizi daha kontrollu oynamağa, tələsməməyə məcbur etdi. Qol buraxandan sonra oyunu xilas etmək, uduzmamaq fikrimiz var idi. Əsas nəticə idi, qalib gəldik.

– Harramiz hər iki oyunda fərqli mövqedə oynatdız. Hansında daha rahatdı?
– Harramız universal futbolçudu. Bundan əvvəlki komandasında sağda cinahda yarımüdafiədə, hücumda oynayıb. Ehtiyat skamyada az oyunçu olduğuna görə gücümüzə güc qata bilmirdik.

– “Olimpiakos” bu cür səhvləri bağışlamayacaq. Növbəti oyun haqda nə düşünürsünüz?
– Ümid edək ki, “Olimpiyakos” da bağışlayacaq səhvlərimizi. Müdafiədə səhvlərimiz, çatışmazlığımız göz qabağındadı. Amma bu turnirin əhəmiyyəti, həyəcanı o qədərdir ki, bu da hər çıxdığımız oyunda hiss olunur. Hərdən təcrübəlilər elə səhvlər edir ki, başımızı tutub qalırıq. Oyundan-oyuna yaxşı olacağıq. Nə qədər zarafat etsək də, bu cür səhvləri “Olimpiyakos” bağışlamaycaq.

– “Olimpiyakos”la oyuna qədər transfer olacaq?
– Transfer məsələsi çətindi. Gözlənilir.

– “Dinamo” ilə qarşılaşmalarda “Neftçi” “Olimpiyakos”a görə nəyisə gizlədiz?
– Heç nəyi gizlətməmişik. Biz “Olimpiyakos”la hücumda? Qəti imkan verməyəcəklər.

– Ehtiyat qüvvəsinin azlığından şikayət edirsiniz. Niyə transferlərə gecikirsiz?
– Gecikməyimizin səbəbi oyunçuları götürə bilməməkdir. 5 nəfərə yaxın oyunçu idi. Danışıqların harada qırıldığını bilmirəm. Bir komandada sol müdafiəçi yoxdursa.. “Olimpiyakos”u müzakirə edirik. Rotasiyalar etmək çətindi. Oyuna sürət qatmaq çətindi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43