Kateqoriyasız

“Biz “Qarabağ”dan daha yaxşı komandayıq” – “Ferentsvaroş”un futbolçusu

“Cavab görüşündə rəqibin zəhərli dişlərini qırmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Ferentsvaroş”un futbolçusu Eldar Çiviç “Qarabağ”la keçirəcəkləri ev oyunu barədə danışarkən deyib.O, daha sonra belə davam edib:

“İlk görüşdən sonra evdə daha ağıllı oyun göstərməliyik. Rəqibin sürətli futbolçuları var. Onlar bunu Bakıda sübut etdilər. Topu itirdikləri vaxt ağıllı çıxış etməyimiz lazım gəlirdi. Budapeştdə rəqibin entuziazmını tez söndürmək vacib olacaq. Onların sürət götürmələrinə mane olmalıyıq.

Bütün biletlərin satılması çox əladır. Vacib revanş matçında tərəfdarlar bizi tək qoymadılar. Hər şeyimizlə oyuna köklənməliyik.

Səfər əsl cəhənnəm idi. Dəhşət isti havada oynadıq. Oyunun sonunda hər zamankından daha çox yorğun idik. Tam gücümüzü ortaya qoyduq, mübarizə apardıq və hesabda önə keçdik. Sonradan qol buraxsaq da, səfərdə 1:1 hesablı nəticə normaldır. Əlbəttə, qalib gəlmək də pis olmazdı. Buna imkanımız da var idi. Lakin ümumilikdə heç-heçədən narazı ola bilmərik. Axı, “Qarabağ” öz meydanında 30 000-dək azarkeş önündə oynayırdı.

Açığı biz “Qarabağ”dan daha yaxşı komandayıq. Bütün komanda yoldaşlarıma inanıram. “Qarabağ”ı keçməyə qadirik”.

Qeyd edək ki, avqustun 9-da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43