Kateqoriyasız

“Biz “Real” və ya “Barselona” deyilik” – APOEL-in baş məşqçisi

“Qarabağ”la ağır səfər oyunundan sonra çətin bir qalibiyyət oldu. Qələbə üçün sevinirəm, addım-addım inkişaf edəcəyik. Nə edəcəyimizi bilirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll deyib.

Kipr çempionatının 7-ci turunda “Nea Salamina”nı məğlub etdikləri oyundan sonra danışarkən daha sonra sözlərinə belə davam edib:

“Biz “Real” və ya “Barselona” deyilik. Bütün oyunlarda 3:0, 4:0 hesabıyla qalib gələ bilməzsiz. Çünki bu, asan deyil. İki aylıq fasilədə çoxlu problemlərimiz və zədəlilərimiz oldu. Bizə vaxt verin, mən bu futbolçulara inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43