Müsahibə

“Bizə tapşırıq verilməmişdi” – MÜSAHİBƏ

AZAL-ın futbolçusu Şəhriyar Rəhimovun idmanxeber.com saytına müsahibəsi

– Son turda “Bakı” ilə oyunda əzmkar heç-heçə etdiniz. 0:2 hesabı ilə geriyə düşdüyünüz oyunda sonradan 2 qol vurub 1 xal qazandınız. 0:2-dən sonra heç-heçə edə biləcəyinizi düşünürdüzmü?

“Bakı” ilə oyun çətin keçdi. Öncədən də bu oyunun çətin olacağını bilirdik. Çünki “Bakı” çempionluqa oynayır və onlar bizimlə matçda xal ehtiyatını artırmağa çalışacaqlar. Geriyə düşməyimizə baxmayaraq əzmkar oyuin nümayiş etdirib, 1 xal qazandıq. 

– Erkən qollar buraxmağınıza səbəb nə idi? Həyəcan, yoxsa…?

Yox, heç bir həyəcabdab söz gedə bilməz. Sadəcə “Bakı” standart vəziyyətdən bizim qapıya yol yapdı. Biz də erkən qol vura bilərdik. Əsas olan sonluq idi. Yaxşı ki, bu matçdan xal çıxarda bildik.

– “Bakı”nın qapıçısı gənc idi və ilk dəfə əsas heyətdə debüt edirdi. Məhz buna görə, oyun boyu qapıya daha çox uzaqdan zərbələr endirirdiz. Bu Vaqif Sadıqovun xüsusi tapşırığı idi?

Deməzdim ki, biz sadəcə qapıya uzaqdan zərbə endirirdik. Düzdü daha çox istəyirdik uzaq zərbələrlə qapıçını narahat edək. Ancaq bizə tapşırıq verilməmişdi ki, harda gəldi zərbə endirin. Ancaq etiraf edim ki, az da olsa deyilmişdi ki, imkan olanda uzaqdan zərbə vurun. 

– İlk dəfə AZAL-da start heyətində meydana çıxdın və əvəzlənmədən 90 dəqiqə oynadın. Çıxışınla bağlı nə deyərdin?

Buna mən yox, Vaqif Sadıəqov qiymət verə bilər. Mənim öz çıxışıma qiymət verməyim dügün çıxmaz. Ancaq düşünürəm ki, normal oynadım. Düzdü bir müddətdir ki, əsas heyətdə yer almırdım, buna səbəb də komandaya gec qoşulmağım oldu. Buna baxmayaraq hər şey qaydasındadı və özümü göstərməyə çalışıram.

– İkinci hissədə hesab 2:2 olarkən Oluremi 3-cü topu “Bakı”nın qapısından keçirdə bilərdi. Ancaq 100% epizodu futbolçunuz boşa verdi. Həmin an sən də başını tutdun…

Yadımdadı, əgər həmin epizodda Oluremi qol vursaydı 99% qələbə qazanacağdıq. Çünki sona 10 dəqiqə qalmış biz müdafiə olunacağdıq və onlar üçün qol vurmaq çətin olacaqdı.

– XII turda “İnter”lə qarşılaşacaqsınız. “Bankirlər” bu çempionatın ən uğursuz komandasıdır. Onların bu durumundan istifadə edə biləcəksizmi?

Düzdü mövsümə yaxşı başlamayıb “İnter”. Ancaq onların heyətində elə-belə futbolçular yoxdu. Çalışacağıq ki, bu matçda qələbə qazanaq. Yenə deyirəm çempionatda zəif komanda yoxdur. Buira məhəllə komandalarının çempionatı deyil. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43