21 Avqust 2018
İdman Köşə yazıları

Bizə verilən GÖZƏL dəyər (KİÇİK QEYD)

Yadınızdadırsa istər idman mətbuatı, istərsə də azarkeşlərimiz millidəki bir çox yerli və əcnəbi futbolçunun oyunlar zamanı himinimizi oxumamağını ön plana çəkib, onları qınadıq. Bu ölkənin çörəyini yeyən, bu ölkənin bayrağı altında çıxış edən legioner futbolçularımızın bir çoxu nəinki himnimizi oxumadı, heç öyrənmək də istəmədi. Himnimizi bilməyəndən, bizim dildə az-çox danışmasını soruşmaq elə onun özünə qarşı təhqir olar.

Ancaq bu məmləkətin bayrağına, bu məmləkətin vətəndaşına hörmət qoyan əcnəbilər də var. Onlardan biri, elə birincisi Tahir Gözəl oldu. Heç əslində ona əcnəbi deməyə də, adamın dili gəlmir…

Ötən gün “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin  “Milliyət” qəzetinin tədbirindəki çıxışı ölkəmizdə xoş qarşılandı. Bəli, ölkənin hazırda ən güclü klubunun rəsmisi iştirak etdiyi tədbirin tribunasında elə çıxış etdi ki, azərbaycanlı olan hər kəs buna münasibətsiz qalmadı. Sosisal şəbəkələrdə böyük rezonans doğuran bu məsələyə hər kəs öz xoş münasibətini bildirdi.

Həmin tribunadan klubun layiq görüldüyü mükafatı alan T.Gözəl  çıxışını ana dilimizdə etdi və sonluğunu Nəsiminin qəzəli ilə bitirərək Azərbaycana olan sevgisini bir daha bu formada isbatlamış oldu. 

O, “Qarabağ” Azərbaycanda vətənsiz qalmış qaçqınlarımızın səsini, nidasını, Azərbaycan xalqının, türk dünyasının iradəsini dünyaya çatdırmış klubdu.” – deyərək, ona söz verilmiş tribunadan da, çox sayda mesajını göndərmiş oldu.

Daxilindəki mənəvi tərbiyyəni, çalışdığı ölkəsinə bağlılığı, sevgini ortaya qoyan Gözəl haqqında çox xoş söz işlətmək olar. Biz isə ona bizə verdiyi dəyərə görə BÖYÜK TƏŞƏKKÜR EDİRİK. 

Bu ölkənin çörəyi sənə halal olsun!

Oxşar xəbərlər

“Qarabağ”ın püşkatmada bəxti gətirəcək

admin

La Liqa: “Real”ın qələbəsi – VİDEO

admin

“Şaxtyor”un baş məşqçisi mətbuat konfransına görün hansı libasda gəldi… – FOTOLAR

admin