08 Dekabr 2019
Kateqoriyasız

“Bizi APOEL və “Qarabağ”a qarşı iki final oyunu gözləyir”

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Düdelanj”ın baş məşqçisi Bertran Krasson açıqlama verib.

Belçikalı mütəxəssis sabah qrup mərhələsinin 5-ci turunda APOEL-i qəbul edəcək Lüksemburq təmsilçisinin çalışdırıcısı onları qarşıda APOEL və “Qarabağ”la final oyunlarının gözlədiyini deyib:

“Kipr futbolu inkişafdadır. İlk oyundakı qələbə bizə cəsarət versə də, sonra reallığa döndük. Buna baxmayaraq, yenə komandama güvənirəm. Rəqibin üzərində təzyiqlər var. Bizi APOEL və “Qarabağ”a qarşı iki final oyunu gözləyir. Bu, bizim üçün böyük şansdı. Kiprdəki nəticə təkrarlansa, əla olar “.

“Düdelanj” qrupda son matçını Bakıda “Qarabağ”a qarşı keçirəcək.

Oxşar xəbərlər

“İnanmıram ki, klub tam dağılsın” – Fariz Nəcəfov

admin

Millimizin futbolçusu oynadı, komandası “Şaxtyor” və “Dinamo”nu qabaqladı

admin

Avropa Liqasında həftənin rəmzi komandası

admin