Kateqoriyasız

“Bizi Azərbaycan millisi ilə müqayisə etmək olmaz”

Malta millisinin baş məşqçisi Devis Manca sabah Azərbaycana qarşı keçiriləcək yoxlama görüşündən öncə mətbuat konfransında iştirak edib.

İdmanxeber.az xəbər verir ki, o, millimizlə oynanılacaq görüş haqda bunları deyib:

“Qarşıdakı oyunlar yeni bir şeylər sınaqdan keçirmək, müxtəlif oyunçulara şans verib, onlar haqda daha da çox məlumat toplamaq üçün yaxşı imkandı. Bizi Azərbaycan millisi ilə müqayisə etmək olmaz. Azərbaycan millisinin həm oyunçuları çoxdu, həm də beynəlxalq təcrübələri yüksəkdi. Çempionatda 20 matçın ardından futbolçularımızın daha yaxşı fiziki durumda olacaqlarını gözləyirdim. Həmçinin Keynt Attard zədələndiyinə görə sabahkı oyunu buraxacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43