Müsahibə Premyer Liqa

“Biz oynayan vaxt futbolçular daha həvəsli idi” – Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində “Zirə” səfərdə “Keşlə”ni məğlub edib – 2:0.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

– İlk dəqiqələrdən istədiyimiz üstünlüyü yarada bildik. Qırmızı kart epizoduna kimi daha yaxşı oynayırdıq. Daha sonra rəqib azlıqda qalanda oyunçularda rahatçilıq yarandı.

– Təmkin Xəlilzadə hansı mövqedə daha effektlidir?

Mən onu sol cinah müdafiəçisi kimi düşünürəm. Bugün məcburiyyətdən o mövqedə oynayır.

Hal-hazırda heyətin komplektləşməsi önəmlidi. Zədəli futbolçularımız bizə qoşulduqdan sonra gücümüzə güc qatacaqlar. Komandada sağlam rəqabət olmalıdı. Yaratmaq istədiyimiz model var. Zamanla görək necə olacaq.

– Ötən mövsüm kubokda “Keşlə”yə kubokda uduzdunuz. Revanş hissi var idimi?

Qəti! Qalib gəldilər, finala çıxdilar. “Keşlə”yə qarşı hər hansı neqativ fikrimiz yox idi. Çıxıb öz oyunumuzu oynamağı düşündük və belə də etdik.

– Komandanın hədəfi nədi?

Hər komanda yaxşı nəticə istəyir. Yaxşı nəticə komandanın inkişafı deməkdir. Bu nə dərəcədə alınar/alınmaz bunu zaman göstərəcək.

– Millinin son oyunlarındakı nəticələri haqda şərh verə bilərsinizmi?

İndi potensiallı oyunçular var. Biz oynayan zaman oyunçular daha həvəsli idi. Lakin indi fərqlidi. Daha yaxşı oynaya bilərdik. Düşünürəm ki, yaxın gələcəkdə yaxşı nəticələr qazanmaq olar.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43