Kateqoriyasız

Bizimkilər Kardiffə çatdı

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasının qonağı olacaq Azərbaycan millisi Kardiffə çatıb.

İdmanxeber.az-ın məlumatına görə, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv “Hilton Cardiff Hotel”də məskunlaşacaq.

Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Komandanın 3 gün sonra Xorvatiya kollektivi ilə “Bakcell Arena”dakı qarşılaşması isə saat 20:00-a təyin olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43