“Rusiya və Ukrayna milliləri fərqli qruplarda mübarizə aparacaq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Rusiyada səfərdə olan FİFA prezdenti Yozef Blatter keçirdiyi mətbuat konfransında bildirib. Qonşu ölkələrin arasındakı problemlərin FİFA-nın gözündən yayınmadığını deyən Blatter, Ukraynanın 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanacağı təqdirdə, Rusiya ilə eyni qrupda mübarizə aparmayacağını qeyd edib.
Xatirladaq ki, FİFA-nın qaydalarına görə, üç milli — Azərbaycan ilə Ermənistan, Rusiya ilə Gürcüstan və İspaniya ilə Cəbəllütariq eyni qrupda mübarizə apara bilməz.