Kateqoriyasız

“Neftçi”yə qarşı oynamaq bizim üçün çətin olacaq” – “Bney Yehuda”nın baş məşqçisi

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Bney Yehuda”nın  (İsrail) baş məşqçisi Yossi Abukasis oyunlar öncəsi fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis paytaxt klubu haqda müsbət fikirlər səsləndirib: “Neftçi”nin Tula “Arsenal”ına qarşı oyununda idim. Onlar yüksək keyfiyyətli legionerlərə sahib güclü komanadadır. Onlara qarşı oynamaq bizim üçün çətin olacaq. Yaxşı nəticə əldə etmək etmək üçün nəyə qadir olduğumuzu göstərməliyik”.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Elşad Əhmədov: “Kimin səhvi varsa, cəzalanacaq”

admin

İlin ən yaxşı baş məşqçisi: Qurban Qurbanov

admin

“Mənim atam oralıdır, amma Azərbaycanı seçdim” – Eddi İsrafilov

admin