Kateqoriyasız

Boatenq “Beşiktaş”da

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, “qara qartal” “Fiorentina”nın futbolçusu Kevin-Prins Boatenqi icarəyə götürüb. 32 yaşlı yarımmüdafiəçi mövsümün sonundək İstanbul təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, K.P.Boatenq bu mövsüm 14 matça çıxaraq 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43