Dünya futbolu

Boatenq daha 3 il İspaniyada

İspaniyanın “Las Palmas” klubu hücumçusu Kevin-Prins Boatenqlə yeni müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçunun müqavilə müddətini 2020-ci ilin yayına qədər uzadıb.

Qeyd edək ki, “Şalke”, “Milan”, “Tottenhem”, “Portsmut”, “Borussiya” (Dortmund) kimi klublarda çıxış etmiş qanalı forvard cari mövsüm 29 oyunda 10 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43