22 Oktyabr 2024
Dünyadan

“Boavişta” Kamran Ağayevin yerinə qapıçı aldı

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” klubu heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, Portuqaliya klubu Belçika Pro liqasinda çıxış edən “Muskron”un qolkiperi Vaqner da Silva ilə anlaşıb. Klublar arasında razılığa əsasən 30 yaşlı braziliyalı qolkiper cari mövsümün sonuna qədər “Boavişta”da icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, millimizin qolkiperi Kamran Ağayev “Boavişta”nın əsas heyət üzvü idi. Lakin o, vətəni üçün darıxdığını əsas gətirərək, komandadan ayrılıb Azərbaycana dönmək istəyirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43