Ölkə futbolu

“Boavişta”dakı yeganə oyunçumuz da ayrıldı

Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov klubsuz qalıb.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Portuqaliya “Boavişta”sı ilə yollarını ayırıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Bu üzdən də Emin azad agent statusu əldə edib. Lakin onun karyerasını harada davam etdirəcəyi bilinmir.

Qeyd edək ki, Emin Portuqaliya klubunda 2016-cı ildən çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43