Kateqoriyasız

“Boka Xuniors”dan “Qarabağ”a “yox” cavabı

“Qarabağ”ın Argentinanın “Boka Xuniors” klubunun futbolçusu Markos Diası transfer etmək istədiyini xəbər vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, Buenos-Ayres təmsilçisi 33 yaşlı qolkiperlə yolları ayırmağı istəmir. Bu barədə “TNT Sports” məlumat yayıb. “Boka Xuniors” Diası heyətdə saxlayaraq, komandanın əsas qapıçısı Esteban Andrada ilə rəqabət etməsini istəyir.

Qeyd edək ki, Dias bu ilin yanvar ayında “Boka Xuniors”la 1.5 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43