İdman

Boksçu uduzdu, azarkeş öldü

Pərəstiş etdiyi boksçu məğlub olduğu üçün filiipinli azarkeşin ürəyi dayanıb. 

İdmanxeber.com-un məlumatına görə, Uels Kasuyo adlı azarkeş Nonito Doneyrin Ümumdünya Boks Şurasının versiyası üzrə çempionluq kəməri uğrunda döyüşdə amerikalı Cessi Maqdalenoya məğlubiyyətini qəbul edə bilməyib.

Altmış iki yaşlı azarkeşin həyat yoldaşı bildirib ki, mərhum ilk olaraq sinəsini tutub və hakimin qalibi elan etməsindən sonra yerə yıxılıb. 

Qeyd edək ki, bundan öncə də sevdiyi boksçular məğlub olduğu üçün bir neçə filippinli dünyasını dəyişib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43