İdman

Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq

Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyində mübarizə aparacaqlar.

İdmanxeber.az-ın məlumata görə, oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Ağası Məmmədov birincilikdə Ayxan Həsənov (46 kq), Nihat Qasımov (48 kq), Zakir Həsənzadə (50 kq), Əli Baxışov (52 kq), Şahin Aslanov (57 kq), Vüsal Xəlilov (60 kq), Kənan Aslanlı (63 kq), Adil Zalov (66 kq), Rza Rzayev (70 kq), İsmayıl Vəliyev (75 kq), Əli Məmişov (80 kq) və Səftər Məmmədzadəyə (+80 kq) şans verəcək.

Qızlardan ibarət millinin məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Banuçiçək Nəsirli (46 kq), Aylin Nəzərova (48 kq), Aysun Mikayılova (50 kq), Əminə Tağı (52 kq), Mədinə Məmmədova (57 kq) və Dəniz Babayeva (63 kq) rinqə çıxacaqlar.

Beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev yarışda ədaləti qoruyacaq.

Qeyd edək ki, Avropa birinciliyinə iyunun 23-də start veriləcək. Sarayevoya bu gün yollanan yığmalarımız iyulun 1-də Bakıya qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43