Kateqoriyasız

Boksçumuz erməni rəqibini məğlub etdi

Azərbaycan boksçusu Əli Zamanov Polşanın Keltse şəhərində gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb.

İdmanxeber.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda ermənistanlı Ruben Qarboyanı 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Qeyd edək ki, dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi bokçu ilə təmsil olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43