Ölkə futbolu

Bölgə klubu bu legionerlərini göndərir

“Kəpəz” klubu qış transfer pəncərəsində iki futbolçu ilə yollarını ayırmaq niyyətindədir.

İdmanxeber.az-a verilən məlumata görə, bunlar Vladislav Vasilyuçek və Mate Kvirkviyadır. Rəhbərlik artıq belaruslu oyunçu ilə anlaşıb. Mövsümün sonuna qədər müqaviləsi olan Vasilyuçek qarşılıqlı razılıq əsasında komandadan ayrılacaq.

Gürcüstanlı futbolçu ilə danışıqlar davam edir. Məşqçilər heyəti rəhbərlikdən həmin mövqeyə oyunçu alınmasını istəyir. Ancaq bunun üçün Mate ilə yollar ayrılmalıdır.

Mövsüm sonuna qədər müqaviləsi olan Kvirkviya ilə qarşılıq razılıq əsasında sözləməyə xitam verilsə, heyətə yeni futbolçu cəlb ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43