Ölkə futbolu

Bölgə klubu legioner futbolçularla danışıq aparır

Azərbaycan I Liqasında mübarizə aparan “Karvan” klubu heyətin əsas oyunçularını qorumaq niyyətindədi.

İdmanxeber.az-a verilən məlumata görə, Yevlax təmsilçisi komandasın müdafiəçisi Uensley Ondoyla yarımmüdafiəçi Peter Kinqsi buraxmaq istəmir. Klub müqaviləsi başa çatan futbolçularla danışıqları davam etdirir.

Yeni mövsümə iddialı heyət qurmaq istəyən rəhbərlik iki futbolçunun da maaşını artırmaq niyyətindədi. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Xatırladaq ki, “Karvan” I Liqada ötən mövsümü 44 xalla 5-ci pillədə tamamlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43