“Kəpəz”in portuqaliyalı qapıçı Santos Rojerionun durumuna aydınlıq gəlib.
İdmanxeber.az-a verilən məlumata görə, qolkiper bu həftə oynanacaq “Turan Tovuz” görüşündə iştirak etməyəcək. Çiynindən zədə alan qapıçının yaşıl meydanlara dönəcəyi tarix məlum deyil.
Xatırladaq ki, Rojerio “Qarabağ”la görüşdə (0:3) zədələnərək meydanı tərk etmişdi.