06 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubu Afrikalı futbolçunun birini göndərdi, digəri ilə müqavilə bağlayacaq

Azərbaycan I Liqa klubu “Karvan”ın baxışa iki Afrikalı futbolçu cəlb etdiyini xəbər vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, artıq onlarla bağlı qərar verilib. Seneqallı yarımmüdafiəçi Cibriel Sisse məşqçilər heyətindən müsbət rəy ala bilməyib. Baş məşqçi Kənan Kərimov onun geri göndərilməsini istəyib.

Siyero-Leonedən olan müdafiəçi Gamboy Şerif isə komanda ilə məşqlərə davam edir. Futbolçu hələlik özünü yaxşı tərəfdən göstərə bilib. Futbolçuyla böyük ehtimalla müqavilə bağlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43