İdman

Bölgə klubu nigeriyalı futbolçu ilə müqavilə bağladı

“Karvan” aparıcı futbolçularından olan Peter Kinqslə bağlı qərar verib.

İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı vinger komandada qalacaq. Bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Peter Kinqs 2023-cü ilin yayından “Karvan”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43