Ölkə futbolu

Bölgə klubu “Olimpiya”nın sabiq üzvünü transfer etdi – EKSKLÜZİV

“Kəpəz” yeni mövsümün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi mərkəz yarımmüdafiəçisi Riad Kobilyarla anlaşıb. Bosniya və Herseqovinadan olan futbolçu ilə razılıq əldə olunub.

28 yaşlı futbolçu son olaraq ölkəsinin “Tuzla Siti” klubunda çıxış edib. Hazırda azad agent olan Kobilyar yaxın günlərdə müqavilə bağlamaq üçün Azərbaycana gələcək.

Yarımmüdafiəçi vaxtı ilə Bosniya və Herseqovinanın U-21 millisində də çıxış edib. Futbolçu karyerası əzrində ölkəsinin “Sarayevo”, Almaniyanın “Uerdingen”, Sloveniyanın “Olimpiya” (Lyublyana) kimi klublarında forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43