Ölkə futbolu

Bölgə klubunda mühüm iclas – Gəncə klubunun rəhbərliyi hansı qərarları qəbul edəcək?

“Kəpəz” klubunun idarə heyətinin iclası olacaq

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bu gün keçiriləcək toplantıda baş məşqçi Tərlan Əhmədovun ayrılışından sonra komandaya təyin olacaq yeni çalışdırıcının adı bəlli olacaq. Bununla yanaşı, rəhbərlik növbəti mövsümün hədəflərini və heyətə cəlb ediləcək yeni transferləri, habelə sponsor məsələsini müzakirə edəcək.

Klubda əsas hədəf heyətin əsas üzvləri saxlamaq və növbəti mövsümdən komandanı gücləndirməkdir. Bu istiqamətdə artıq işlərin sürətlənməsinə qərar veriləcək.

Yaxın günlərdə “Kəpəz”də yeni futbolçuların adlarının açıqlanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43