Ölkə futbolu

Bölgə klubunda “Neftçi” oyunu öncəsi 7 itki

“Kəpəz” Azərbaycan Premyer Liqası 34-cü turu çərçivəsində “Neftçi” ilə üz-üzə gələcək.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubu bu görüşə ciddi itkilərlə çıxacaq. Belə ki, komandanın 7 üzvü “ağ-qaralar”a qarşı çıxış edə bilməyəcək.

Bunlardan İqor Rodriges və Rüfət Əhmədov sarı vərəqə limitini doldurdub. Olavale Onanuqayla Junior Martins ötən matçda qırmızı vərəqə gördükləri üçün cəzalıdır.

Mate Kvirkviya, Georgi Papunaşvili və Amil Yunanov isə zədə səbəbindən meydana çıxa bilməyəcək.

Xatırladaq ki, “Neftçi” – “Kəpəz” görüşü mayın 10-da, saat 19:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43