Ölkə futbolu

Bölgə klubunda növbəti ayrılıq – RƏSMİ

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi Kənan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub Quliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Şamaxı” daha əvvəl Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov,  Əli Mürsəlov, İbrahim Aslanlı, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Əsgərov, Fuad Bayramov, ilə yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43