08 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubunda problem üstünə problem

“Qəbələ” Azərbaycan Premyer Liqası 21-ci turu çərçivəsində keçiriləcək “Zirə” görüşünə itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, “qırmızı-qaralar”da Zurab Oçiqava “Neftçi” matçında qırmızı vərəqə gördüyü üçün növbəti matçı buraxacaq. Onunla yanaşı, Gilad Abramov, Urfan Abbasov və Asif Məmmədov da “Zirə”yə qarşı çıxış edə bilməyəcək.

Buna səbəb futbolçuların cəzalı duruma düşməsidir. Adıçəkilən oyunçular “Neftçi” ilə görüşdə sarı vərəqə limitini dolduraraq, “qartallar”a qarşı forma geyinə bilməyəcək.

“Qəbələ” – “Zirə” oyunu fevralın 4-də, saat 17:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43