08 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

Bölgə klubunda yeni müqavilə – SON DƏQİQƏ!

Yeni mövsümə daha iddialı heyət qurmağı planlaşdıran “Turan Tovuz” daha bir futbolçusu ilə müqaviləni uzadıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, qərb təmsilçisi Faiq Hacıyevlə başa çatan müqaviləni artırıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət yekunlaşıb.

Qeyd edək ki, bu mövsüm meydana çıxdığı 33 matçda 2 məhsuldar ötürmə etməyi bacaran 25 yaşlı sağ cinah müdafiəçisinin xidmətində bəzi Premyer Liqa klubları maraqlı idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43