08 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubunun bombardiri I Liqaya transfer oldu

Azərbaycan I Liqa təmsilçisi “Araz-Saatlı” heyətini gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə klubu II Liqada çıxış edən “Şəki Siti”nin futbolçuları – Ravil Yusifli və Ceyhun Rəcəbli ilə müqavilə bağlayıb. Rəsmi açıqlama yaxın vaxtda ediləcək.

Xatıladaq ki, Ravil Yusifli “Şəki Siti”nin ən məhsuldar futbolçusudur. Onun aktivində 11 qol var.

Elnur İsmayılov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43