Ölkə futbolu

Bölgə klubunun legionerinə ölkə xaricindən təklif var

Azərbaycan I Liqasında mübarizə aparan “Zaqatala” klubunun futbolçusuna ölkə xaricindən təklif var.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Uoren Lloyddan gedir. Qabonlu hücumçu Belarus klublarının birinin maraq dairəsindədi.

Futbolçuya Azərbaycadakı şərtlərdən daha yaxşı sözləşmə təklif edildiyi bildirilir. Uoren növbəti mövsüm böyük ehtimalla Zaqatala klubunda olmayacaq.

Xatırladaq ki, futbolçunun klubu ilə müqaviləsi başa çatıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43