Kateqoriyasız

Bölgə klubunun qəzalı stadionu sökülür

“Kəpəz”in ev oyunları keçirdiyi Gəncə şəhər stadionunun yayda sökülməsi planlaşdırılır.

İdmanxeber.az-a daxil olan məlumata görə, 1 ay bundan öncə iki şirkətin rəhbər şəxsləri Gəncə şəhər stadionunda olub və arenanın söküntüsü ilə bağlı müzakirələr aparıb. Bununla bağlı həmin şirkətin nümayəndələri stadionla yaxından tanış olduqdan sonra dərhal AFFA-ya yollanıb, mövcud durumla bağlı quruma məlumat veriblər.

AFFA-nın arenanın söküntüsü ilə bağlı həmin adı açıqlanmayan şirkətə tələb olunan vəsaiti ödəmək iqtidarında olduğu bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43