08 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

Bölgə təmsilçisindən ayrıldı, Bakı klubu ilə razılığa gəldi

“Kəpəz” futbolçusu Vusal Məsimovla yolları ayırıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubu müqaviləsi başa çatan futbolçuya yeni sözləşmə təklif etməyib. Buna səbəb onun özünə yeni klub tapmasıdı.

Belə ki, “Səbail”dən təklif alan Məsimov “Kəpəz”in məşqçilər korpusuna klubdan ayrılmaq istədiyini bildirib. Bunun ardından klub ona xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2023-cü ilin yayından “Kəpəz” forması geyinirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43