Dünyadan

Bolqarıstan millisinin kapitanı Bakıda 3 xal dedi: Qələbə qazanmalyıq”

“Ötən təsnifat mərhələsində çoxları bizim favoritlərlə başa-baş mübarizə aparacağımıza inanmırdı. Onların arasında İtaliya yığması da vardı. Son iki tur qalmış biz qrup ikincisi idik. Ancaq sonra, şansımızı qaçırdıq. İndiki qrup da belə çətindir. Ancaq hesab edirəm ki, nəticə bizim üçün bu dəfə başqa olacaq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının kapitanı İvelin Popov komandasının AÇ-nin təsnifat mərhələsində qrupdakı şansları haqda danışarkən deyib.

İlk oyunda millimizlə qarşılaşacaq Bolqarıstan seçməsinin üzvü qələbə qazanmağın vacibliyini bildirib:

“Təsnifata yaxşı başlamaq vacibdir. İlk oyunda Azərbaycan yığması üzərində səfərdə, sentyabrın 9-da qələbə qazanmalıyıq. Bu uğur Xorvatiya və Norveç yığmalarına qarşı keçiriləcək sonrakı iki oyuna yaxşı köklənməyə kömək edəcək. Təsnifat mərhələsinin başlanmasına hələlik yarım il var. Həmçinin, İtaliya və Xorvatiya yığmalarının DÇ-də çıxışına baxmaq lazımdır. Sonra rəqibləri təhlil etmək gərəkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43