Ölkə futbolu

Bolqarıstan millisinin üzvü Azərbaycana gəlir?

Bolqarıstanın “Levski” klubunun futbolçusu Georgi Kostadinov karyerasını Azərbaycanda davam etdirə bilər. 

İdmanxeber.com-un məlumatına görə,  bu barədə Bolqarıstanın “Meridian Match” nəşri məlumat dərc edib. 

Məlumatda qeyd edilib ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan və Qazaxıstan klubundan təklif alıb.

“Levski” mövsümün sonunda sözləşməsi başa çatacaq futolçuya yeni müqavilə təklif etməyi planlaşdırır.
Ancaq Kostadinov gələn təkliflər haqda düşünəcəyini deyib.


Qeyd edək ki, Kostadinov bu il Bolqarıstan millisinə cəlb olunub və yığmada bir oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43