Milli komanda

Bolqarıstanda biabırçı mənzərə: Boykotun fəsadları…

Az sonra başlayacaq Bolqarıstan – Azərbaycan oyununa diqqət olduqca azdı.

İdmanxeber.com-un Sofiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 46 mindən çox tamaşaçı tutumuna malik "Vasili Levski" stadionunun tribunalarında azarkeş demək olar ki, yoxdu. Bolqar azarkeşlər zəif çıxışı ilə əlaqədar bu oyunu boykot ediblər.

Hazırda tribunalarda ümumilikdə 200 tamaşaçı var. Bunların da əksəriyyəti Bolqarıstan Futbol Federasiyası tərəfindən pulsuz bilet verilən kiçikyaşlı azarkeşlər və onların valideyinləri, eləcə də bizim həmyerlilərimizdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43